Polşa Daxili İşlər Nazirliyi vətəndaşları üç günlük sağ qalma ehtiyatını saxlamağa çağırır.
Sherg.az bu barədə Nexta-ya istinadən xəbər verir.
"Gəlin, öz imkanlarımız daxilində, dövlət strukturlarının köməyi olmadan ən azı üç günlük sağ qalmağa hazır olaq. Elektrik şəbəkəsindən asılı olmayan su, zəruri dərmanlar, gigiyena məhsulları, qida və işıq mənbələri ehtiyatını saxlayaq. Gəlin həm də şarjlı enerji bankları hazırlayaq", - deyə Daxili İşlər nazirinin müavini Vieslav Leşnik bildirib.
O, həmçinin "bəzən informasiya qəbul etməyin yeganə yolu ola bilən" tranzistorlu radiolara sahib olmağı tövsiyə edib.