
Ekspert: ABŞ Avropa və Rusiyanı bir-biri ilə təhdid etməklə maraqlarını qorumağa çalışacaq
13:17 22.04.2025
Dünya
392
Amerika tərəfi Avropa ilə arasında yaranan uçurumu örtməyə, Çin və Rusiyaya qarşı mübarizə də yenə də ənənəvi siyasətinə geri dönməyə cəhd göstərəcək
ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması planında Kiyevin nəzarətində olan ərazilərdə Avropa qoşunlarının yerləşdirilməsi barədə bənd ola bilər.
Bu barədə “Nyu York Post” mənbəyə istinadla məlumat yayıb.
Məlumatda qeyd olunub ki, planın ən çətin hissəsi təhlükəsizlik qüvvələrinin necə görünəcəyidir. Biz onları dayanıqlı qüvvələr adlandırırıq. Bu, ukraynalıların istədiyi təhlükəsizlik zəmanətlərinin bir hissəsidir və ümid edirik ki, onlar bu zəmanətləri əldə edəcəklər. Bundan əlavə, atəşkəs rejiminə nəzarət etmək üçün Rusiya, Ukrayna və NATO üzvü olmayan üçüncü ölkənin nümayəndələrinin daxil olacağı birgə komissiyanın yaradılması məsələsinə baxılır.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, son hadisələr Amerikanın özbaşına hansısa məsələ barəsində qərar qəbul edə bilmədiyini göstərdi:

“Çinin yüksəlişi və Rusiyanın Avropa ilə mübarizədə Ukrayna ilə döyüş meydanında məğlub olmaması fonunda hadisələr Amerikanın super güc hakimiyyətinə zərbə vurdu. Nəticə etibarı ilə Donald Trampın hakimiyyətə gəldiyi gündən verdiyi vədlərin yerinə yetmədiyinin şahidi olduq. Ona görə də indi Amerika tərəfi Avropa ilə arasında yaranan uçurumu örtməyə, Çin və Rusiyaya qarşı mübarizə də yenə də ənənəvi siyasətinə geri dönməyə cəhd göstərəcək. Lakin bu məsələ asand deyil və ölkələrin hər birinin öz milli maraqları mövcuddur. Amerika müttəfiqlik münasibətlərində öz gücü sayəsində qazanılan nəticələrin başqalarıyla bərabər bölüşdürülməsini istəmir. Avropa dövlətləri və Amerikanın digər müttəfiqləri həmin nəticədən əldə olunan mənfəətin tam şəkildə Vaşinqtonun ixtiyarına keçməsiylə razılaşmırlar. ABŞ-nin Avropanın Ukraynadakı təhlükəsizlik məsələsində qarantı kimi çıxış etmək məsələsinə isti yanaşması qeyd etdiymiz məsələnin məntiqi davamıdır”.
Ekspert qeyd edib ki, Amerika Ukrayna məsələsinin Trampın dediyi kimi bir günə bitirəcəyi məsələ olmadığını başa düşür:
“Tramp administrasiyası Avropanın ziddinə qərarlar qəbul etdikcə və Ukraynanın özünü sıxaraq sülh nəticəsi qazanmağ istədiyi reallıqda Rusiya daha da sərt davranır. Buna görə də geri dönüş addımları atılmalıdır. Amerika administrasiyası Rusiyaya göstərməyə çalışacaq ki, yenidən Avropanı sözügedən məsələylə bağlı söz sahibi etsək sizin üçün daha çətin olacaq. Yəni ABŞ Avropa və Rusiyanı bir-biri ilə təhdid etməklə öz maraqlarını qorumağa çalışacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə