
Azər Həsrət: Sülh yolu Bakı ilə İrəvanın öz əllərindədir
14:01 28.04.2025
Aktual
484
Estoniya aparılan fikir mübadiləsi sadəcə olaraq diplomatik nəzakət məsələsidir
Ermənistan Baş naziri Nikol Paşinyan Tallində Estoniya Prezidenti Alar Karislə görüşüb. Bu barədə Ermənistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.Həmsöhbətlər görüşdə ikitərəfli məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sülh prosesinə də toxunublar.
Alar Karis iki ölkə arasında sülh sazişi üzrə əldə olunmuş razılaşmanı alqışlayıb və onun ən qısa zamanda imzalanacağına ümid etdiyini bildirib. Estoniya prezidenti ölkəsinin Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi üzrə səyləri dəstəklədiyini təsdiqləyib. Tərəflər həmçinin Ermənistan-Avropa İttifaqı əlaqələrinin gələcək inkişafı və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a deyib ki, Estoniya Avropa Birliyinin nisbətən kiçik ölkələrindən biri olsa da, keçmiş sovet respublikaları kimi Azərbaycan-Ermənistan arasındakı prosesləri yetərincə düzgün dəyərləndirməyi bacaracaq dövlətdir:

“Bu baxımdan Estoniyanın Azərbaycan-Ermənistan arasında normallaşma prosesiylə bağlı ümidlərini ifadə etməsi yerinə düşür. Azərbaycan hər zaman bildirib ki, bizim ikitərəfli münasibətlərin tənzimlənməsinə üçüncü tərəflərin müdaxiləsinə ehtiyac yoxdur. Vasitəçi olmadan Azərbaycan-Ermənistan öz aralarında hər bir məsələni həll edə bilər. Təbii ki, üçüncü tərəfləri məlumatlandırmaq, onlarla məsləhətləşmələr aparmaq Azərbaycan və Ermənistanın suveren hüquqlarıdır. Lakin hər iki dövlət anlaşmanı biri-biriylə edəcəklər. Azərbaycanın mövqeyi Ermənistan tərəfindən də anlayışla qarşılanır. Estoniya aparılan fikir mübadiləsi sadəcə olaraq diplomatik nəzakət məsələsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə