ABŞ-İran danışıqlarının nəticəsiz qala biləcəyi ilə bağlı xəbərdarlıq edildi

İraq xarici işlər naziri Fuad Hüseyn ABŞ-İran danışıqlarının uğursuzluqla nəticələnməsinin regional təhlükəsi barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, o, tərəfləri mümkün təhlükələrin qarşısını anlaşaraq almağa çağırıb.

“ABŞ-İran münasibətləri gərgin olanda bu, İraqdakı vəziyyətə də mənfi təsir göstərir. Vaşinqton və Tehran arasında danışıqlar uğursuz olarsa, alternativlər region üçün təhlükəli olacaq”, - Hüseyn bildirib.
Xatırladaq ki, ABŞ və İran arasında son bir ayda üç görüş keçirilib. Görüşlərdən ikisi Omanda, biri İtaliyada baş tutub.