
Politoloq: Ukrayna savaşı təkcə Macarıstan üçün bataqlıq deyil
Yusif Nəzərli
09:09 04.05.2025
Dünya
544
Orbanın açıqlamaları Avropa İttifaqının mövqeyinə hər hansı bir təsir göstərməyəcək
"AB rəhbərliyinin Ukraynaya hərbi dəstəyi və bu ölkənin icmaya qəbul edilməsinə yönəlmiş siyasəti Avropanın iflasına gətirib çıxaracaq". Bu barədə Macarıstanın Baş naziri Viktor Orban deyib.
Macarıstanın Baş naziri Viktor Orbanın bu açıqlaması, Avropa İttifaqının Ukraynaya verdiyi davamlı hərbi və maliyyə dəstəyinə qarşı tənqidi münasibətinin yeni bir ifadəsidir. Orban bu siyasətin nəticə etibarilə Avropanın iqtisadi zəifləməsinə, resurs çatışmazlığına və strateji iflasa aparacağını iddia edir: “Avropa pulları, o cümlədən bizim pullar Ukraynaya gətirilir və AB iqtisadiyyatı kəskin vəsait çatışmazlığı yaşayır. Ukraynaya göndərilən pullar Avropa iqtisadiyyatına daxil edilsəydi, nə Macarıstanda, nə də bütövlükdə AB-də belə problemlər olardı. Lakin AB liderləri ABŞ-nin iştirakı olmadan belə Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətindədir, baxmayaraq ki, Avropanın bunu təkbaşına edə bilməyəcəyi aydındır. Etiraf etmək lazımdır ki, ABŞ olmadan biz nə Ukrayna ordusunu, nə də Ukrayna iqtisadiyyatını maliyyələşdirə biləcəyik”.
Vaşinqtonun dəstəyindən kənarda Aİ-nin Ukraynanı uzunmüddətli dəstəkləmə qabiliyyətini şübhə altına alan Orbanın fikrincə, Avropa ABŞ-siz bu yükü daşımaq iqtidarında deyil və Ukraynaya yönələn milyardlarla avro Avropa iqtisadiyyatında qalmalı idi.
Siyasi ekspertlər isə hesab edir ki, Orbanın tənqidi çıxışı həm Aİ-nin Ukrayna strategiyasına alternativ baxış təqdim edir, həm də Avropa daxilində gedən daha dərin iqtisadi və siyasi mübahisələrin bariz nümunəsidir. Aİ-nin bu istiqamətdəki siyasətinin dayanıqlı olmadığını iddia edən Orbana görə, xalqların rifahına da xidmət etmir. Hər halda Macarıstanın Baş nazirinin bu çıxışının konkret nəticələrə səbəb olub-olmayacağını isə qarşıdakı Aİ sammitlərində və Ukraynaya yardımların gələcək strukturunda izləmək mümkün olacaq.
Politoloq Sona Əliyeva Sherg.az-a açıqlamasında Macarıstanın baş nazirinin bu məsələdə olduqca haqlı olduğunu deyib. Onun sözlərinə görə, Ukrayna savaşı təkcə Macarıstan üçün yox, bütövlükdə Qərb üçün çıxılmaz bir bataqlıqdır:

"Avropa iqtisadiyyatına bu savaş nəticəsində xeyli ziyan dəyib. Üstəlik, ortada nəticə də yoxdur. Çünki həm diplomatik, həm də siyasi müstəvidə yenilən tərəf məhz Rusiyadır. Eyni zamanda, hazırkı ABŞ administrasiyası Rusiya ilə dialoqda və yaxınlaşmaqda maraqlı görünür. Belə olan halda Ukraynanın gələcəyi heç də hamar görünmür. Yəni Orbanın təbirincə desək, ABŞ olmadan Qərbin Ukraynaya dəstəyi effekt verməyəcək. Amma onun bu açıqlamaları Avropa İttifaqının mövqeyinə hər hansı bir təsir göstərməyəcək. Çünki Macarıstan bu birlikdə önəmli çəkiyə və söz haqqına malik deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət