Vens: İran nüvə enerjisi istəyə bilər, zənginləşdirilməsi qadağandır
Yusif Nəzərli
14:59 07.05.2025
Dünya
474
Münhen Təhlükəsizlik Konfransının təşkilatçılığı ilə Vaşinqtonda keçirilən forumda ABŞ-nin vitse-prezidenti Devid Vens İranın nüvə enerjisi proqramı ilə bağlı mövqeyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, ölkəsinin İranın mülki nüvə enerjisi proqramına qarşı olmadığını, amma Tehranın uranı zənginləşdirməsinin qəbuledilməz olduğunu ifadə edib.
O, İranın nüvə proqramı ilə bağlı vəziyyəti şərh edərkən deyib: “Bizim təklifimiz çox sadədir: İnsanların nüvə enerjisi istəyib-istəməməsi bizi maraqlandırmır. Biz buna etiraz etmirik. Amma siz nüvə silahı hazırlamağa imkan verən zənginləşdirmə proqramına malik ola bilməzsiniz. Biz xətti buradan çəkirik”.
Bu açıqlama ABŞ-nin İranın nüvə fəaliyyətlərinə yanaşmasını və Tehranın nüvə silahı hazırlamağa imkan verəcək addımlar atmaması üçün qoyduğu sərhədin əhəmiyyətini bir daha göstərib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət