Ryabkov: Rusiya - ABŞ danışıqlarının tarixi hələ razılaşdırımayıb

Rusiya və ABŞ ikitərəfli danışıqları gündəmdədir, lakin hələlik konkret tarix razılaşdırılmayıb.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib.

“Bu danışıqlar planlaşdırılıb. Amma görüşün vaxtını amerikalılarla mövcud razılaşmaların necə yerinə yetirilməsindən asılı olaraq qərarlaşdıracağıq”, -deyə Ryabkov qeyd edib.