Türkiyə Prezidenti: Tezliklə Qəzza ilə bağlı xoş xəbər ala bilərik

Tezliklə Qəzza zolağı ilə bağlı ürəkaçan xoş xəbər alacağımıza ümid edirik.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qəzzada humanitar faciəyə son qoymaq səylərimizdə dostum Trampın (ABŞ Prezidenti Donald Tram) dəstəyinə güvənirəm. Tezliklə Qəzza ilə bağlı ürəkaçan xoş xəbər alacağımıza ümid edirik”, - dövlət başçısı bildirib.