Hikmət Hacıyev Belen Martinez Karbonellə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Birliyinin Xarici Fəaliyyət Xidmətinin baş katibi Belen Martinez Karbonellə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə AB rəsmisi X-də paylaşım edib.

“Biz AB-Azərbaycan münasibətlərini, AB-nin Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə dəstəyini və regional hadisələri müzakirə etdik. AB regionda sülh və tərəqqiyə sadiqdir”, - o bildirib.