
Türk birliyi yol ayrıcındadır: TDT ya inteqrasiya edəcək, ya da regional koordinasiya klubuna çevriləcək
Yusif Nəzərli
02:06 23.05.2025
Siyasət
579
“TDT-nin siyasi çəkisi zəifləyə bilər – ortaq xətt formalaşmır. Təkcə tarix və mədəniyyət kifayət deyil, vahid təhlükəsizlik modeli lazımdır”
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü simvolik və kritik məqamlarla yadda qaldı. Bu görüş həm təşkilatın formatına, həm də keçirilən vaxtın siyasi kontekstinə görə əvvəlkilərdən fərqli olaraq yalnız siyasi nümayiş deyil, Türk dünyasının qarşılaşdığı ciddi sınaqların bir vitrini oldu. TDT-nin hər bir üzvü əhəmiyyətlidir. Azərbaycan və Türkiyə bu təşkilatın ideoloji dayaqlarıdırsa, əsas güc dayaqları Mərkəzi Asiyanın türk ölkələridir. Məlum olduğu kimi, bir müddət öncə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Avropa İttifaqının təzyiqləri və iqtisadi təşviqləri ilə Yunan Kiprində diplomatik nümayəndəlik açmağa qərar verdilər. Bu vəziyyət Türkiyə tərəfindən ciddi narahatlıqla qarşılanmış və ŞKTC rəhbərliyi tərəfindən “diplomatik xəyanət” kimi qiymətləndirilmişdi. Bu çərçivədə Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistanın zirvəyə qatılmaması diqqət çəkdi.
Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında deyib ki, Şimali Kipr Türk Cümhuriyyəti məsələsi açıqdır. Analitik vurğulayıb ki, bəzi TDT üzvləri, xüsusilə Mərkəzi Asiya respublikaları ŞKTC-nin rəsmi şəkildə qəbul edilməsindən hələ də çəkinirlər:

"Bu, təşkilat daxilində vahid siyasi və hüquqi yanaşmanın hələ də formalaşmadığını göstərir. Türkmənistan isə ənənəvi neytral siyasətinə sadiq qalaraq, daha çox müşahidəçi rolunu saxlayır. Lakin bu neytrallıq artıq strateji qeyri-müəyyənlik kimi qiymətləndirilir. Türkmənistanın bu yanaşması gələcəkdə onu seçim qarşısında qoya bilər: ya Türk Dövlətləri Təşkilatına inteqrasiya etmək, ya da təşkilatdan uzaqlaşmaq. Hesab edirəm ki, türk birliyi üçün fikir ayrılıqları və daxili ziddiyyətlər yeni mərhələyə qədəm qoyub. Əvvəllər bu fərqliliklər daha çox iqtisadi və mədəni səviyyədə özünü göstərirdisə, indi artıq geosiyasi qərarların uyğunluğu məsələsi gündəmə gəlib. Bəzi ölkələrin Qərbə yaxınlaşması, bəzilərinin Rusiya ilə daha sıx təmasda olması, digərlərinin isə Çinə yönəlməsi təşkilat daxilində vahid strateji xəttin olmamasının nəticəsidir. Bu, təşkilatı regional koordinasiya klubu və ya qısamüddətli razılaşmaların platformasına çevirə bilər. Əgər bu tendensiya davam edərsə, TDT-nin siyasi çəkisi zəifləyəcək. Əksi baş verərsə, daha mərkəzləşdirilmiş, konkret hədəf və mexanizmlərlə işləyən qurum da görə bilərik".
Analitikin sözlərinə görə, danılmaz fakt var ki, görüş Avropa İttifaqı sərhədlərində keçirildi:
"Macarıstan həm Avropa İttifaqının tamhüquqlu üzvüdür, həm də Türkiyə və Azərbaycanla ən yaxın münasibətləri saxlayan nadir dövlətlərdəndir. Bu, TDT-nin Avropaya çıxış qapısı və mədəni-diplomatik ekspansiyası baxımından üstünlük yaradır. Hesab edirəm, indiki məqamda bir aktual sual da budur: TDT Şərqə doğru dərinləşəcək, yoxsa Qərbə açılacaq? Təəssüf ki, Budapeştdəki görüş bu suala konkret cavab vermədi, amma sualın artıq masada olduğunu sübut etdi. Nəticə etibarilə deyə bilərik ki, türk birliyi hələ ideya mərhələsindədir, onu xilas edəcək tək şey ortaq siyasi iradədir. Budapeştdəki görüş həm rəmzi, həm real cəhətdən Türk dünyasının bir yol ayrıcında olduğunu göstərdi. Artıq təkcə dil, mədəniyyət və tarix deyil, strateji qərarların sinxronizasiyası tələb olunur. Yəni vahid təhlükəsizlik yanaşması formalaşdırılmalı, eyni xarici siyasət koordinasiyası qurulmalı və daxili siyasi etimad mexanizmləri yaradılmalıdır. Əks halda keçirilən “türk qurultayları” yalnız tarix və folklor nümayişinə çevriləcək. Reallıqda isə dünya siyasi mərkəzləri konkret ittifaqlar və nəticələr doğuran strukturlaşmaları ciddiyə alır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Çin ömrü uzadan dərmanlar hazırlayır
20:44 13.11.2026
Dünya
Quterreşdən XƏBƏRDARLIQ: “Yanan planetdə sülh qurmaq mümkün deyil”
20:43 13.11.2026
Gündəm
BMT: Yəməndə məcburi köçkünlərin sayı 340 mini ötüb
20:28 13.11.2026
Dünya
Dmanisidə V-VIII əsrlərə aid məbədin qalıqları aşkarlanıb
20:21 13.11.2026
Tarix
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm