“Typhoon” döyüş təyyarələrinin istehsalı dayandırılıb
13:46 06.07.2025
Hərbi
478
Böyük Britaniyada yeni sifarişlərin olmaması səbəbindən “Eurofighter Typhoon” döyüş təyyarələrinin istehsalı müvəqqəti olaraq dayandırılıb.
APA-nın “Financial Times”-ə istinadən verdiyi xəbərə görə, onilliklər boyunca “Typhoon” təyyarələri “BAE Systems” şirkətinin Lankashir qraflığında, Varton şəhərindəki zavodunda yığılıb.
Lakin Qətərə satılan və 2017-ci ildən yığılan təyyarələrin sonuncusunun təhvilinə hazırlaşan zavodda son montaj xətti üzrə işlər azalır. Qətərlə imzalanmış müqavilənin dəyəri 5 milyard funt sterlinq olub.
Böyük Britaniya hökuməti 2009-cu ildən bəri bu tip təyyarələr üçün yeni sifariş verməyib. Səudiyyə Ərəbistanı və Qətərdən olan sonrakı ixrac sifarişləri isə hələ razılaşdırılmayıb.
Əgər yaxın vaxtlarda yeni sifarişlər qəbul edilməzsə, ölkənin “Qlobal Döyüş Aviasiyası Proqramı”nda (GCAP) iştirakını təmin edəcək növbəti nəsil qırıcıların istehsalı üçün tələb olunan sənaye bacarıqları itilə bilər.
Britaniya “F-35” qırıcıları alır
“Typhoon” döyüş təyyarələri BAE, “Airbus” və “Leonardo” şirkətlərindən ibarət Avropa konsorsiumu tərəfindən birgə istehsal olunur. Hər şirkət təyyarənin müxtəlif hissələrini istehsal edir və tərəfdaş ölkələrdə ayrı-ayrılıqda son montaj xətləri fəaliyyət göstərir.
“BAE Systems” hələ də digər ölkələr tərəfindən sifariş edilmiş təyyarələr üçün ön füzelyaj hissələrini Semlsberidəki zavodda istehsal edir. Lakin bu komponentlər son montaj üçün Avropaya göndərilir.
Böyük Britaniya hökumətinin ABŞ istehsalı olan F-35A qırıcılarının alınması barədə qərarı “Typhoon” təyyarələrinin müasirləşdirilmiş yeni modeli üçün yerli sifarişin olmaması fonunda, ölkədə müdafiə prioritetlərinə dair müzakirələri yenidən alovlandırıb.
Birləşmiş Krallıq mövcud “Typhoon” qırıcılarının modernləşdirilməsi öhdəliyini götürsə də, konsorsiumdakı yeganə ölkədir ki, yeni model üçün sifariş verməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 2 tankerdə partlayış oldu
19:26 12.11.2026
Gündəm
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm