"Barselona"nın Bakıda açacağı akademiya ilə bağlı işlər başlandı
10:17 09.07.2025
İdman
277
İspaniyanın "Barselona" Futbol Klubunun Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb.
Sherg.az "Report"a istinadən xəbər verir ki, akademiyanın yerləşəcəyi "ASK Arena"da təmir-bərpa, yenidənqurma işləri aparılır.
Sahəsi təxminən 9500 kvadratmetr olan əsas meydannın, eləcə də sahəsi təxminən 4200 kvadratmetr olan yardımçı məşq meydançasının bərpası və yeni qazon örtüyünün quraşdırılması AzFar şirkəti tərəfindən icra olunur.
Layihə çərçivəsində aşağıdakı işlərin görülməsi də nəzərdə tutulur:
- Futbol meydançalarının işıqlandırılması üçün nəzərdə tutulmuş lampaların müasir tələblərə uyğun şəkildə yenilənməsi;
- İdmançılar və klub heyəti üçün nəzərdə tutulmuş paltardəyişmə otaqlarının, sanitar qovşaqlarının, texniki və yardımçı otaqların əsaslı təmir edilməsi;
- Yuxarıda qeyd olunan otaqların yerləşdiyi inzibati sahədə havalandırma və kondisionerləşdirmə sistemlərinin qurulması və tam şəkildə istismara verilməsi;
Onu da əlavə edək ki, "Barselona" rəhbərliyinin akademiya açmaq ideyası Asiya ölkələrində həyata keçirilən tədbirlər zamanı ortaya yaranıb. Bununla bağlı klub prezidenti Xuan Laporta bu il martın 1-də ölkəmizə səfər edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil