Starmer bu həftə Fələstini tanımaq planını təqdim edəcək
02:36 29.07.2025
Dünya
380
Böyük Britaniyanın baş naziri Kir Starmer bu həftə Fələstin dövlətinin tanınması planını təqdim edəcək.
APA xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Məlumatda hökumət başçısının bu addımı Starmerin rəhbərlik etdiyi hakim İşçi Partiyasının artan təzyiqi ilə izah edilir.
Məqalədə bildirilir ki, kabinetin 7 üzvü baş nazirə Fələstin dövlətini tanıması üçün təzyiq göstərir və bununla da İşçi Partiyasının seçki proqramında yer alan vədi yerinə yetirir.
“The Times” qeyd edir ki, hakim partiyanın 130-a yaxın müdafiəçisi, İcmalar Palatasındakı fraksiyaların demək olar ki, üçdə biri Fələstini tanımaqda israrlıdır.
Qəzet baş nazirin bu planı yaxın günlərdə müttəfiqlərə, o cümlədən ABŞ və ərəb dövlətlərinə təqdim edəcəyini bildirib.
Qeyd edək ki, iyulun 28-də Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds “Sky News“ telekanalına müsahibəsi zamanı Londonun Fələstin dövlətini 2029-cu ilə qədər, yəni hazırkı parlamentin səlahiyyət müddəti bitmədən tanıyacağını deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya