Ərdoğan Ukraynaya getməyəcək - Rəsmi açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtda Ukraynaya səfər etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə AKP sözçüsü Ömər Çelik bildirib.

O vurğulayıb ki, Ərdoğanın yaxın vaxtda belə bir planı yoxdur:

“Belə bir səfər olarsa, xəbər veriləcək".

Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfər edəcəyi xəbəri yayılıb.