
Putinin Alyaska açıqlaması tərif və sərt mövqe deyil, balans axtarışıdır -Politoloq
10:56 10.10.2025
Dünya
468
Rusiya Prezidenti Vladimir Putinin Alyaska sammitinin nəticələrini müsbət qiymətləndirməsi və bu mövzuya Düşənbədə keçirilən MDB sammitində toxunması, Moskvanın mövqeyini diplomatik arenada qorumaq və gələcək strategiyasını formalaşdırmaq istədiyini göstərir. Putin, Ukrayna nizamlanması ilə bağlı işlərini Alyaska sammitində müzakirə olunan prinsipial müddəalar əsasında qurduğunu vurğulayaraq, həmçinin MDB liderlərinə bu proseslə bağlı “məhdud dairədə” məlumat verəcəyini vəd edib. Bu açıqlamalar isə Rusiya üçün Alyaska sammitinin sadəcə bir dialoq mərhələsi deyil, eyni zamanda siyasi manevr və balans axtarışının davamı olduğunu göstərir.
Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin Alyaska sammitinin nəticələrini “müsbət” adlandırmaqla əslində Moskvanın öz mövqeyini qoruyaraq prosesi idarə etməyə çalışdığını göstərdiyini söyləyib:

"Bu, siyasi manevr xarakteri daşıyır-yəni nə tam razılıq, nə də açıq qarşıdurmadır. Putin çalışır ki, Alyaska görüşü vasitəsilə Rusiya diplomatiyasına çeviklik və situasiyadan faydalanmaq imkanı qazandırsın “Prinsipial müddəalar əsasında” ifadəsi də diqqətəlayiqdir, çünki bu, konkret razılaşma deyil, istiqamət bəyanatıdır. Rusiya indiki mərhələdə Ukrayna məsələsində açıq güzəştə getmədən diplomatik kanalları işlək saxlamağa çalışır. MDB sammitində bu məsələyə toxunması Moskvanın post-sovet məkanında informasiya dominantlığını qorumaq niyyəti ilə bağlıdır. Putinin “məhdud dairədə məlumat” vədi həm də o deməkdir ki, Rusiya Alyaska sammitində əldə olunan real nəticələri tam paylaşmaq istəmir. O bunu ya danışıqların qeyri-sabit xarakterinə görə, ya da mövzu üzərində nəzarəti saxlamaq məqsədilə edir. Bu, daxili və xarici siyasətdə çevik taktikanın davamıdır. Əslində, bu yanaşma Moskvanın “sakit diplomatiya” adlandırılan modelinə uyğundur: səs-küysüz, amma diqqətlə hesablanmış addımlar".
Ekspert Rusiyanın Alyaska sammitindən sonra öz hərəkət marjasını qorumağa, həm Qərblə, həm də MDB məkanında paralel oyun aparmağa çalışdığını bildirib:
"Nəticə etibarilə, Putinin açıqlaması tərif və ya sərt mövqe deyil, balans axtarışıdır. Moskva indi nə müharibəni tam dayandırmaq, nə də diplomatiyanı tam aktivləşdirmək niyyətindədir. Bu, Rusiya siyasətinin indiki reallığına uyğun, nə “müsbət”, nə də “mənfi”-sadəcə, soyuq hesablanmış addımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə