
Lukaşenkonun SSRİ açıqlamasındakı məqsəd nədir? -Politoloq GİZLİNLƏRİ AÇDI
11:47 10.10.2025
Dünya
491
Avrasiya İttifaqını əvvəlki kimi möhkəmləndirmək mümkün deyil
Hazırkı vəziyyətdə Rusiya, bəlkə də şəxsən Putin bu plandan geri çəkilmiş görünür
“SSRİ-ni bərpa etmək mümkün deyil, amma iqtisadi məkanı qorumaq lazımdır”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-nin Düşənbədə keçirilən sammitində deyib.
“Mən heç kimin Sovet İttifaqını bərpa etməsini müdafiə etmirəm, bu gün bu, mümkün deyil, amma iqtisadi məkan qorunmalıdır”, - o bildirib.
Politoloq Turab Rzayev Sherg.az-a deyib ki, Lukaşenkonun bu açıqlamanı verməkdə müəyyən məqsədi var:

"Əslində, Avrasiya İttifaqının mövcud olduğu ərazidə hansısa formada inteqrasiyanı, əməkdaşlıq formatını qorumaq və dolayısı yolla Rusiyanın təsir imkanlarını saxlamaq niyyəti güdülür. Çünki artıq etiraf etmək lazımdır ki, Avrasiya İttifaqını əvvəlki kimi möhkəmləndirmək mümkün deyil. Lukaşenko düşünür ki, Rusiya Ukraynada cəlb olunduğu müharibədən sonra bu ittifaqı əvvəlki kimi gücləndirə bilməyəcək. Hazırkı vəziyyətdə Rusiya, bəlkə də şəxsən Putin bu plandan geri çəkilmiş görünür. Ən azından indiki şəraitdə Avrasiya İttifaqının gələcəyi ilə bağlı Rusiyanın əvvəlki iddialarından geri addım atdığı müşahidə olunur. Bununla belə, Moskva ümumi perspektivdə bölgədə iqtisadi təsirini qorumağa çalışır. Yəni Rusiya daha çox ittifaqın formal mövcudluğunu saxlayaraq keçmiş iqtisadi əlaqələrini qorumağa cəhd edir. Bununla da iqtisadi təsir mexanizmini müəyyən qədər davam etdirmək istəyir. Amma bu, alınacaqmı? Bir tərəfdən, bəli — ittifaqdakı bəzi ölkələr Rusiyaya işçi qüvvəsi göndərir, miqrasiya axını davam edir, kənd təsərrüfatı və digər sahələr üzrə əməkdaşlıq var. Ancaq digər tərəfdən, Rusiya artıq böyük iqtisadi güc deyil. Rusiya bu layihəyə dominantlıq edə bilmir, çünki nə müasir texnologiyalara, nə də Avropa kimi inkişaf etmiş sənaye potensialına malikdir. Məsələn, Almaniya və ya digər Avropa ölkələri kimi yüksək texnoloji məhsullar, avtomobillər, elektromobillər istehsal etmir. Digər tərəfdən, Rusiyanın maliyyə imkanları da məhduddur. O, ucuz mallarla bazarları təmin edə, yaxud bölgədə investisiyalarda öncül mövqe tuta bilmir. Məsələn, Rusiyanın əsas ticarət tərəfdaşı Qazaxıstan idi. Uzun müddət ərzində bu ölkə ilə həm ticarət, həm də investisiya əlaqələrində dominant mövqe saxlayırdı".
Analitik əlavə edib ki, son illərdə Çin həm ticarət dövriyyəsində, həm də investisiyalarda Rusiyanı geridə qoyub:
"Hazırda Çin Qazaxıstan, Tacikistan kimi ölkələrdə ortaq investisiya layihələri həyata keçirir, yollar, körpülər, infrastruktur obyektləri tikir. Belə bir şəraitdə Rusiyanın həmin ölkələrdə iqtisadi təsirini qoruması getdikcə çətinləşir.
Rusiya özü xammal ixrac edən, enerji resurslarına söykənən bir ölkədir. Bu səbəbdən Qazaxıstanın nefti və qazı, Özbəkistanın qaz hasilatı kimi sahələrdə də Rusiya artıq əvvəlki kimi əsas oyunçu mövqeyini saxlaya bilmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə