
Zəngəzur dəhlizi böyük coğrafiyada yaxınlaşma və inteqrasiyanı yaradacaq -ŞƏRH
13:03 10.10.2025
Siyasət
665
“Vaşinqtonda imzalanmış bəyannamədə Ermənistan və Azərbaycan liderləri regionda və qonşuluğumuzda sülh, sabitlik və rifahı təşviq etmək üçün hər bir dövlətin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında daxili, ikitərəfli və beynəlxalq daşımalar üçün ölkələrimiz arasında nəqliyyat xətlərinin açılmasının vacibliyini bir daha təsdiq etdik”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Düşənbədə keçirilən sammitində çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, bura Azərbaycanla onun Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz nəqliyyat əlaqələri daxildir.
“Ermənistan ABŞ və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə birlikdə “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” və ya TRIPP nəqliyyat layihəsinin Ermənistan ərazisində tətbiqi çərçivəsini işləyib hazırlayacaq.
TRIPP layihəsi Ermənistana dəmir yolu və digər nəqliyyat əlaqələri vasitəsilə MDB-yə üzv olan Azərbaycan və digər MDB ölkələri ilə əlaqə yaratmaq imkanı verir. Bu, əhəmiyyətli dəyişiklikdir və şübhəsiz ki, MDB daxilində iqtisadi əlaqələrin möhkəmlənməsinə və təşkilatın səmərəliliyinin artırılmasına xidmət edəcək”.
Politoloq İlyas Hüseynov Sherg.az-a deyib ki, MDB dövlət başçılarının toplantısında Ermənistanın baş naziri Nikol Paşinyanın Cənubi Qafqazda nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı fikirləri Vaşinqtonda imzalanmış bəyannaməyə uyğun olaraq səsləndirilib:

"Erməni lideri tərəfindən olduqca konstruktiv bir yanaşma nümayiş etdirildi. Bizim də istədiyimiz məhz bundan ibarətdir ki, Zəngəzur dəhlizi açılsın. Düzdür, Ermənistan baş naziri “Zəngəzur dəhlizi” ifadəsini işlətmir, daha çox “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” və ya “TRIPP nəqliyyat layihəsi" kimi terminlərdən istifadə edir. Lakin istənilən halda söhbət eyni marşrutdan, eyni coğrafiyadan və eyni məqsədlərdən gedir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi geniş bir coğrafiya üçün böyük əhəmiyyət daşıyır. Burada MDB dövlətləri də bu nəqliyyat koridorundan istifadə edə, ondan faydalana bilərlər. Yeni imkanlar və iqtisadi fürsətlər formalaşacaq. Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizləri kontekstində Zəngəzur dəhlizi mühüm bir seqment təşkil edəcək. Nəticə etibarilə, Azərbaycan və Ermənistan ərazisindən keçəcək bu nəqliyyat şəbəkəsi böyük bir coğrafiyada yaxınlaşma və inteqrasiyanı yaradacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya