Vəkil siyasətə yox, hüquqa əsaslanıb qərar verməlidir
08:02 11.10.2025
Siyasət
428
Siyavuş Novruzovun təklifi qalmaqal yaratdı
Erkin Qədirli: "Vəkillərə siyasətdən uzaq durmaq tələbi qoymaq doğru deyil"
"1999-cu ildə ölkəmizdə vəkillərin sayı 300-ə yaxın idi. Son 25 il ərzində ölkədə vəkillərin sayı xeyli artıb. Azərbaycan gəncləri vəkilliyə üz tuturlar. Düzdür, vəkillərin sayı yenə də bizi tam qane etmir. Razıyam ki, vəkillərin sayı azdır, artırılmalıdır". Bunu Milli Məclisin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsində Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O qeyd edib ki, bu problemin kökündə duran məsələnin biri odur ki, ölkədə hüquqşünasların sayı azdır: "Biz çalışmalıyıq ki, ən savadlı, təhsilli insanlar vəkil olsunlar. Biz çalışırıq ki, vəkillər daim peşə hazırlıqlarını artırsınlar, keyfiyyətli hüquqi yardım göstərsinlər".
"Vəkilin siyasi baxışı olmamalıdır"
Deputat Siyavuş Novruz deyib ki, bəzi vəkillər mətbuatın əli ilə müdafiə etdiyi şəxslərə bəraət almağa çalışır. Onun sözlərinə görə, vəkilin funksiyası müdafiə etdiyi şəxsin günahsızlığını hüquqi faktlarla sübut etməkdir. O bildirib ki, bəzi vəkillər mətbuatı prosesə cəlb etməklə müdafiə etdiyi şəxslərə bəraət almağa çalışır: “Vəkilin funksiyası qəzetlərdə, internet televiziyalarında düzgün olmayan informasiyanı vermək deyil. Azərbaycan hüquqi dövlətdir və bu hüquqi dövlətdə qanunun aliliyi, kimliyindən asılı olmayaraq, hər kəsə tətbiq edilməlidir. Vəkilin siyasi baxışı olmamalıdır. O, hüquqi aspektə əsaslanıb, qərarlarını ədalətə uyğunluğuna əsasən verməlidir. Biz bəzən görürük ki, bəzi hakimlər qərar verərkən hüquq və ədalət kənarda qalar, öz maraqlarına əsasən müxtəlif şəxslərə dövlət əleyhinə olduğunu bildirərək onları ittiham edir".
"Vəkil məhkəmədə gedən işlə bağlı siyasi şərhlər verə bilər"
Deputat Erkin Qədirli isə Siyavuş Novruzovun şərhinə qatılmadığını bildirib. O qeyd edib ki, hüquq peşəsini siyasətdən tamamilə ayırmaq olmur. Amma vəkillik özünəməxsus işdir, o özünü idarə edən qurumdur: “Ona görə də vəkillərə siyasətdən uzaq durmaq tələbi qoymaq doğru deyil. Ola bilər ki, hansısa vəkil məhkəmə prosesində bu cür hallara yol verir, amma məhkəmə hakimin nəzarətində keçirilir və hakim buna müdaxilə edə bilər”. Həmçinin Erkin Qədirli vurğulayıb ki, dünya təcrübəsində də bu kimi hallar var: "Vəkil məhkəmədə gedən işlə bağlı siyasi şərhlər verə bilər. Bu, məhkəmə zalından qıraqda olur və haqqı da olmalıdır. Buna görə vəkilləri qınamaq, inzibati tədbir görmək və buna çağırış etmək doğru deyil.
"Elə bölgələr var ki, orada 1-2 vəkil belə tapmaq çətindir"
Millət vəkili Fazil Mustafa deyib ki, elə bölgələr var ki, orada 1-2 vəkil belə tapmaq çətindir: "Bu məsələnin həlli istiqamətində addımların atılması, qanunvericilikdə dəyişiklik edilməsi doğru yanaşmadır". O bildirib ki, prinsiplərdə də dəyişiklik edilir: "Vəkildən həm də şəffaflıq prinsipinə əməl etməsini tələb edirik. Sonrakı maddələrdə göstərilir ki, vəkil peşə sirri və fəaliyyəti ilə bağlı dindirilə bilməz. Yaxud peşə fəaliyyəti ilə bağlı ona hansısa təzyiq göstərilə bilməz. Əslində, vəkilliyin bir problemi o idi. Bəzi vəzifəli şəxslər, dövlət qurumları hansısa prosesdə peşəkar rəqabətdə, müzakirədə üstünlük qazana bilməyəndə, vəkilləri sıxışdırmağa başlayırdılar. Bir çox hallarda vəkillərin prosesdə iştirakına əngəl yaradırdılar. Son illər bu tendensiya ortadan qalxsa da, vəkilləri qorumaq həm də dövlətin borcudur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya