Trampdan komandasına tapşırıq: Rusiya ilə məşğul olun

ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiven Uitkoffa tapşırıb ki, digər məsələləri kənara qoyaraq, ilk növbədə, Rusiya-Ukrayna müharibəsinin həllinə diqqət yetirsin.
Teleqraf xəbər verir ki, o, bu barədə İsrailə səfəri zamanı parlamentdə (Knesset) çıxış edərkən bəyan edib.
Tramp bu sözlərlə Uitkoffa, eləcə də komandasının digər üzvləri Cared Kuşner və dövlət katibi Marko Rubiaya müraciət edib:

“Əvvəlcə Rusiyayla bağlı məsələni həll etməliyik. Bu münaqişəyə son qoymalıyıq. Əgər etiraz etmirsənsə, Stiven, gəlin diqqətimizi əvvəlcə Rusiyaya yönəldək”.