Elçin Əfəndi: “Uzun müddət bir məktəbdə qalan direktorlar daha çox saxtakarlıq edirlər”
11:50 05.11.2025
Elm və Təhsil
496
Kollektivlə hədsiz səmimiyyət fəsad yaradır
“Bəzi direktorlar bağbanın, ocaqçının maaşını belə mənimsəyir”
Paytaxtın Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseyin müəllimlərinin yeni direktor təyinatına etiraz əlaməti olaraq dərsə girməkdən imtina etmələri orta məktəblərə rəhbər təyinatı məsələsini gündəmə gətirib. Pedaqoji kollektivlər uzun illər birgə çalışdıqları direktorların işdən kənarlaşdırılmasını həmişə ağrılı qəbul edirlər, yeni direktora “isinişmək” uzun vaxt aparır, təhsil müəssisəsində dəngələr pozulur. 147 saylı məktəb-liseyin müəllimlərini narazı salan da budur ki, Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktoru onlara rəhbər təyin edilib. Məktəbin müəllimləri bildirib ki, son 5 il ərzində direktor vəzifəsini icra edən şəxsin rəhbərliyi dövründə məktəbin göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müəllim kollektivi bu qəfil dəyişiklik qərarını ədalətsiz hesab edərək təyinatla bağlı narazılıqlarını bildiriblər. Nəticədə onlar tədris prosesinə qatılmayıblar və dərslər bu səbəbdən boş keçib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, müəllimlərin narazılığı əsassızdır, hazırda təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinə əsasən, 147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Şahmirova Kəmalə Bayram qızı təyin edilib. Amma bu məsələ orta ümumtəhsil məktəblərinə direktor təyinatında pedaqoji kollektivin rəyi nəzərə alınmalıdırmı, sualını doğurur.
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Sherg.az-a açıqlamasında qeyd etdi ki, məktəb direktorlarının təyinatı müəllimlərinin istəyi əsasında deyil, konkret olaraq Elm və Təhsil Nazirliyinə tabeli qurumların müvafiq təklifləri əsasında aparılır:
- Təyinat zamanı direktor vəzifəsinə təklif olunan şəxsin ümumi pedaqoji stajı, idarəetmə qabiliyyəti və daha bir neçə komponent əsas götürülür. Məktəb direktorlarının dəyişdirilməsi, birisinin başqa biri ilə əvəzlənməsi vacibdir. Çünki əgər bir direktor 5 il ərzində müəyyən kollektivlə çalışırsa, işçilərlə münasibətlər gərəksiz yerə, hədsiz səmimi xarakter alır, əvvəlki kimi olmur. İşəgötürmə kimi hallar zamanı qeyri-qanuni işə götürmə faktları əksini tapmış olur. Uzun müddət bir məktəbdə rəhbər vəzifədə çalışanlar daha çox saxtakarlıq edirlər. Paytaxtdan kənar məktəbləri araşdırsaq görərik ki, bir çoxları əmək haqlarını mənimsəyir. Bağban, ocaqçı, təsərrüfatçı, təmizlikçi ştatının əmək haqqını direktor özü mənimsəyir. Əlbəttə, bu, bütün məktəblərə aid deyil. Amma belə direktorlar var. Bu baxımdan direktorların kollektivə tanış olmaması, direktorların uzun müddət bir məktəbdə rəhbər vəzifədə qalmaması daha məqsədəuyğundur. Direktor təyinatından sonra əgər kollektivlə aralarında anlaşılmazlıq yaranarsa, tabeliyində olanlara şiddət göstərərsə, Pedaqoji Şura onunla bağlı qərar qəbul edə və yuxarı instansiyalara müraciət və şikayət edə bilər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya