ABŞ-da Nepal ssenarisi ilə bağlı fəlakət xəbərdarlığı: Vulkan təhlükəsi artır

ABŞ-da geoloq ölkədə Nepalda baş verən hadisəyə bənzər fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Nevada Universitetinin geologiya professoru Filip Ruprеxt RİA Novosti-yə bildirib ki, növbəti 100 il ərzində ABŞ-dakı Rainier vulkanında ciddi hadisə baş verə bilər.

Alimin sözlərinə görə, qlobal istiləşmə nəticəsində vulkanın üzərindəki buzlağın əriməsi və dağılması təhlükəli nəticələrə səbəb ola bilər. O qeyd edib ki, istiləşmə şəraitində vulkanın ayrı-ayrı hissələrinin fəlakətli şəkildə uçquna məruz qalması tamamilə mümkündür.

Ruprextin fikrincə, Nepalda baş verən fəlakətin səbəblərindən biri buzlağın dağılması olub. Bu baxımdan Rainier vulkanı xüsusi narahatlıq doğurur. Çünki ABŞ-ın cənub kontinental hissəsindəki vulkanlar arasında ən böyük buz kütləsi məhz burada yerləşir.