ABŞ Konqresi 2026-cı ildə büdcə kəsiri proqnozlarını $200 milyard artıraraq $2,1 trilyona çatdırıb.
"Report" xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir.
Konqresin Büdcə İdarəsi bu artımı gömrük xidmətlərinin gözləniləndən daha az həcmdə idxal rüsumları toplaması ilə əlaqələndirib. Ümumilikdə, 2026-cı ildə gömrük xidmətləri rüsum və yığımlardan əvvəllər proqnozlaşdırılan göstəricilərdən təxminən $250 milyard az vəsait əldə edəcək.
Bununla belə, 2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək olan dövr ərzində federal xərclər $6,2 trilyondan çox təşkil edib ki, bu da 2025-ci ilin göstəricilərini $209 milyard üstələyir. Bu, sosial ödənişlərin həcminin artması ilə bağlıdır.