ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra Ağ Evin əsas fiqurlarından birinin ilk dəfə Konqresdə ifadə verəcəyi gözlənilir.
Sherg.az xəbər verir ki, “The Hill” nəşrinin məlumatına görə, ABŞ-ın müdafiə naziri Pit Heqset 29 aprel tarixində Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsində çıxış edə bilər. İclasda Baş Qərargah rəisi Den Keynin də iştirak edəcəyi bildirilir.
Qeyd olunur ki, Konqres üzvləri administrasiyanın müharibə ilə bağlı kifayət qədər məlumat verməməsindən narazıdır və daha çox şəffaflıq tələb edirlər.