
ABŞ-ın əsas hədəfi:“Rusiya Ukrayna ilə mütləq müharibəyə başlasın” - "Kartlar" açıldı
Yusif Nəzərli
11:32 18.02.2022
Dünya
1253
“Bu halda, ABŞ və onun müttəfiqləri Rusiyanı beynəlxalq məkandan təcrid etmək, dağıdıcı sanksiyalara məruz qoymaq üçün real bəhanələr qazanmış olacaq”
“Bu bəhanələr Rusiyanı beynəlxalq sanksiyalar ilə zəiflədərək öz sərhədləri içərisinə qapatmaq üçün vacibdir”
“Hətta Rusiya tamamilə geri çəkilmək məcburiyyətində qalsa belə, böyük ehtimalla ABŞ və Qərb müasir hərbi texnika ilə silahlandırdığı Ukraynanı Donbasa hücum etməyə yönəldəcək”
ABŞ Prezidenti Co Bayden xüsusi çıxışı zamanı bildirib ki,hazırda Rusiyanın Ukrayna ərazilərini işğal etmək təhlükəsi olduqca yüksəkdir. Onun sözlərinə görə,hər şey Rusiyanın yaxın günlərdə Ukraynaya girməyə hazırlaşdığını göstərir.Bayden həmçinin böhranın diplomatik yolla nizamlanması imkanlarının qaldığını qeyd edib.

Siyasi şərhçi Elçin Xalidbəyli Ukrayna böhranının hazırkı durumunu “Sherg.az”a dəyərləndirib. O qeyd edib ki, indi ABŞ və NATO Ukrayna böhranı üzərindən Rusiya ilə hərbi-siyasi savaş içərisindədir:
“Hazırda həm ABŞ, həm də Rusiya dərin böhran yaşayır, hətta böyük sürətlə süquta uğrama mərhələsinə yaxınlaşırlar. Belə nəhəng dövlətlər öz mövcudluqları ilə bağlı ciddi təhlükələrlə üzləşəndə bir qayda olaraq, əsas beynəlxalq düşmənlər üzərində böyük qələbələrə ehtiyac duyurlar. İndi həm ABŞ-a, həm də Rusiyaya belə böyük qələbə lazımdır. Hər iki superdövlət daxildə başlamış dağılma proseslərini ləngitmək üçün beynəlxalq düşmənə qarşı birləşməyin vacibliyini öz cəmiyyətlərinə qəbul etdirməyə çalışırlar”.
Analitikə görə,Ukrayna böhranı böyük ehtimalla ABŞ və ya Rusiyanın qələbəsinə qədər müxtəlif intensivlikdə davam edə bilər:
“Ağ Ev hazırda Rusiyaya qarşı beynəlxalq hərbi-siyasi təzyiq kampaniyası başladıb. Rusiya ABŞ-ın bu təzyiq kampaniyası qarşısında duruş gətirməkdə çətinlik çəkir. ABŞ-ın əsas hədəfi ondan ibarətdir ki, Rusiya Ukrayna ilə mütləq qısamüddətli də olsa, müharibəyə başlasın. Bu halda, ABŞ və onun müttəfiqləri Rusiyanı beynəlxalq məkandan təcrid etmək, dağıdıcı sanksiyalara məruz qoymaq üçün real bəhanələr qazanmış olacaq. Bu bəhanələr Rusiyanı beynəlxalq sanksiyalar ilə zəiflədərək öz sərhədləri içərisinə qapatmaq üçün vacibdir. ABŞ buna nail olarsa, Rusiyanın dünya nəhəngləri sırasından silinməsi baş tuta bilər. Təbii ki, Kreml də bunu bildiyindən geri çəkilmək istəmir. ABŞ və NATO-ya müqavimət göstərməyə çalışır”.
E.Xalidbəylinin fikrincə, rəsmi Moskva ABŞ və NATO-nun Rusiya ilə birbaşa silahlı toqquşma təhlükəsindən yayınmağa üstünlük verməsindən istifadə edərək Ukraynaya qarşı hərbi təhdidləri artırır:
“O, ABŞ və NATO-nu real hərbi toqquşma təhlükəsi qarşısında buraxaraq onun tamamilə geri çəkilməsinə çalışır.Yəni, Kreml
ABŞ və Qərbi birmənalı şəkildə siyasi-diplomatik masaya oturtmağa, danışıqlar prosesində öz şərtlərini diqtə etmək şansı qazanmağa can atır”.
Siyasi şərhçi hazırkı vəziyyətdə Ukrayna böhranının siyasi-diplomatik yolla həllinin mümkün görünmədiyini diqqətə çatdırıb:
“Çünki hətta Rusiya tamamilə geri çəkilmək məcburiyyətində qalsa belə, böyük ehtimalla ABŞ və Qərb müasir hərbi texnika ilə silahlandırdığı Ukraynanı Donbasa hücum etməyə yönəldəcək. Bundan sonra isə Rusiyanın ilhaq etdiyi Krım yarımadasına hücum ehtimalı aktuallaşacaq. Yəni, ABŞ və Qərb Rusiyanın Ukrayna böhranı ətrafında yaranmış hərbi-siyasi qarşıdurmadan uzaqlaşmasına imkan verməyəcək. Rusiyanın tam zəiflədilərək, öz sərhədləri içərisinə sıxışdırılmasına qədər bu qarşıdurma davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol