ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) dünən gecə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən heç bir Amerika gəmisinin vurulmadığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un X hesabında bildirilib.
“ABŞ Hərbi Dəniz Qüvvələrinin heç bir hərbi gəmisi vurulmayıb, SEPAH-ın bütün hücum cəhdləri uğursuz olub”, - açıqlamada vurğulanıb.
Mərkəzi Komandanlıq əlavə edib ki, ABŞ ordusu son bir həftə ərzində 10 İran tankerini məhv edib".
İran qüvvələri bundan əvvəl ABŞ-nin DDG-119 və DDG-53 esmineslərinin ballistik raketlərlə vurulduğunu iddia etmişdi.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bundan əvvəl beş İran tankerinin məhv edildiyini açıqlayıb. İran buna cavab olaraq ABŞ-nin İordaniyadakı iki hərbi bazasına raket zərbələri endirib.