ABŞ Senatı Trampın İranla müharibə planını dəstəklədi

ABŞ Senatı Donald Trampın İrana qarşı müharibə aparmaq səlahiyyətini məhdudlaşdıran qətnaməni cüzi səslə rədd edib.

Teleqraf xəbər verir ki, bu, Oreqon ştatından senator Jeff Merkleyin Trampın hərbi səlahiyyətlərini məhdudlaşdırmaq üçün yeddinci uğursuz cəhdi idi. Səsvermə 50-49 nisbətində başa çatıb.

Demokratlar iddia edirlər ki, Müharibə Səlahiyyətləri Qanununa əsasən, Tramp martın əvvəlində İrana zərbələr barədə qanunvericilərə məlumat verdikdən sonra administrasiya hərbi əməliyyatlara başlamaq üçün 1 maya qədər Konqresin təsdiqini almalı idi.

Demokratlar prezidentin hazırda qanunu açıq şəkildə pozduğunu bildirirlər. Ağ Ev bu iddianı rədd edir.