ABŞ TRIPP+ fondunun maliyyələşdirilməsini 400 milyon dollara qədər artırıb

ABŞ TRIPP+ Sahibkarlığa Dəstək Fondunun maliyyələşdirilməsinin həcmini iki dəfə - 201 milyon dollardan 402 milyon dollara qədər artırıb.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət xərclərinin rəsmi bazasının məlumatları təsdiqləyir.

Dərc edilmiş məlumata görə, 2026-cı il yanvarın 30-da ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu "TRIPP+ Enterprise" Fonduna 201 milyon dollar məbləğində qrant ayırıb. Proqramın icra müddəti 2036-cı il dekabrın 31-nə qədər müəyyən edilib.