ABŞ UFO-ların mövcudluğu təsdiqlənəcəyi halda fəaliyyət planı hazırlayıb

ABŞ hakimiyyəti yerdənkənar sivilizasiyanın mövcudluğunun təsdiqlənməsi ehtimalına qarşı fəaliyyət planı hazırlayıb.

Sherg.az xəbər verir ki, bunu ABŞ-ın naməlum anomal hadisələrin araşdırılması üzrə elmi-məsləhət şurasının psixoloqu Cennis Vilhauer açıqlayıb.

Onun sözlərinə görə, sənəd zərurət yaranacağı təqdirdə Vaşinqtonun beynəlxalq liderliyi öz üzərinə götürməyə hazır olmasını nəzərdə tutur. Vilhauer vurğulayıb ki, bu planın hazırlanması yadplanetlilərin mövcudluğunun təsdiqi demək deyil.

ABŞ-da UFO mövzusu hərbi bazaların üzərində müşahidə olunan pilotsuz uçuş aparatları, kosmik obyektlər və atmosfer hadisələri fonunda yenidən gündəmə gəlib. Hazırda yerdənkənar sivilizasiya ilə təmasa dair heç bir sübut yoxdur.