ABŞ və Rusiyadan "ağzı yanmış" Aİ Çinlə münasibətlərə üstünlük verməyə başlayıb -Ekspert
09:33 24.07.2025
Dünya
299
Çin rəhbəri Si Cinpin Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Avropa Şurasının sədri Antoniu Koştanı qəbul edib.
Bu barədə Çin mərkəzi televiziyası məlumat yayıb.
Qeyd olunur ki, görüş Pekində keçirilib. Digər təfərrüatlar açıqlanmır.
Eyni zamanda Si Cinpin bildirib ki, Çin Avropa İttifaqı (Aİ) üçün təhlükə mənbəyi deyil və Çin-Avropa münasibətlərində ciddi ziddiyyətlər yoxdur.
O deyib ki, Aİ-nin bu gün üzləşdiyi çağırışlar Çindən qaynaqlanmır.
"Çin və Aİ arasında əsas maraqlarda və geosiyasi məsələlərdə ciddi fikir ayrılığı yoxdur", - Cinpin qeyd edib.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Çin və Aİ münasibətləri idxal-ixrac əməliyyatları və iqtisadi əməkdaşlıq baxımından olduqca vacibdir:
"Avropa, ümumilikdə isə Aİ beynəlxalq miqyasda söz sahibi ola bilmədi. Ukrayna müharibəsi göstərdi ki, bu prosesdə əsas mövqeləri Rusiya və ABŞ bölüşür. Lakin yüksələn güc kimi Çin bir qədər fərqli yol seçdi. Məsələn, Çin hərbi yox, iqtisadi gücdür və onun Aİ ilə iqtisadi güc baxımından uyğunluq yaratması tərəflər arasında müəyyən balans formalaşdırır. Hər iki tərəf bir-biri üçün cəlbedici bazardır. Xüsusilə, yüngül sənaye və logistika məhsullarında Çinin ucuz işçi qüvvəsinə əsaslanan üstünlüyü və iqtisadi əməkdaşlıq təklifləri Aİ üçün ciddi investisiya cəlbediciliyi yaradır. Bundan əlavə, "avrostandartlar" məsələsi də Aİ-nin iqtisadi parametrlərini müəyyən edən əsas göstəricilərdəndir. Lakin artıq Çin istehsalı olan bir çox məhsullar təkcə bu standartlara uyğun gəlmir, hətta onları üstələyir. Bu mənada, həm ABŞ-la, həm də Rusiya ilə münasibətlərdə "ağzı yanmış" olduğundan Avropa İttifaqı, Çinlə münasibətlərə daha çox üstünlük verməyə başlayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya