ABŞ yenə dünyanın bir nömrəli gücüdür
ABŞ yenə dünyanın bir nömrəli gücüdür
Yusif Nəzərli
10:44 07.10.2021
Dünya
1098
Baydenin etirafları əslində bir çağırışdır. Prezident demək istəyir ki, Amerika həm daxildə, həm xaricdə öz siyasətini gücləndirməlidir
ABŞ Prezidenti Co Bayden deyib ki, Amerika ölkə daxilində infrastruktura investisiyalar da daxil olmaqla, irimiqyaslı yatırımlar etməsə, dünyada iqtisadi üstünlüyünü itirə bilər. Ölkənin dönüş nöqtəsində olduğunu bildirən Amerika lideri qeyd edib ki, ABŞ uzun müddət dünyaya əhəmiyyətli fərqlə liderlik edib.
Bununla birlikdə, dövlət başçısı ölkənin yavaşladığını və daxilində yatırımları dayandırdığını vurğulayıb: “Amerika hələ də dünyanın ən böyük iqtisadiyyatıdır, ancaq bu üstünlüyünü itirə bilər”. Daha əvvəl Bayden ABŞ-ın milli borcu ilə bağlı vəziyyəti qismən sabiq prezident Donald Trampın üzərinə ataraq onun administrasiyasının vergilər və xərclərlə bağlı siyasətini düşünülməmiş adlandırmışdı.
Baydenin etiraflarını “Şərq”ə təhlil edən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli deyib ki, nə qədər zəifləsə, nüfuz itirsə də, ABŞ dünyanın bir nömrəli gücü hesab olunur. Analitikə görə, siyasi-iqtisadi və hərbi cəhətdən Amerika ilə baş-başa mübazirə aparan ölkələrin sayı çox azdır:
“Əlbəttə, ölkənin çoxsaylı problemlərdən və gərgin siyasi olaylardan sonra nisbətən gücdən düşdüyünü söyləmək olar. Ən azından əvvəlki təsir imkanlarına sahib olmadığı göz önündədir. Bunun da bir sıra səbəbləri var. Son dönəmin iqtisadi lokomotivi Çin sayılır. Çin iqtisadi sahədə demək olar ki, bütün ölkələri geridə qoymağı bacarıb. Eyni zamanda Rusiya, Türkiyə və Hindistan kimi ölkələr də müxtəlif sahələrdə ABŞ-la rəqabət aparırlar. Böyük Britaniya yenidən imperiya siyasətinə geri dönməyi planlaşdırır. Baydenin etirafları isə əslində bir çağırışdır. Prezident demək istəyir ki, Amerika həm daxildə, həm xaricdə öz siyasətini gücləndirməlidir”.
Ə.Məmmədli hesab edir ki, sabiq prezident Donald Tramp xarici siyasətə, qlobal addımlara o qədər üstünlük vermirdi:
“Bayden isə yenidən həmin siyasətə qayıtmaq niyyətindədir. Adətən, ABŞ-da xarici siyasətə respublikaçılar daha çox önəm verirdi. Demokratlar isə əksinə, daha çox demokratiya, insan hüquqları və s. məsələlərlə məşğul olublar. Amma respublikaçı Tramp tamam fərqli siyasət yürütdü. İndiki Prezident Co Bayden isə demokrat olsa da, respublikaçılar kimi xarici siyasətdə daha aktiv rol oynamağa qərar verib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm