Ağ Ev: ABŞ Ukraynada sülhlə bağlı böyük irəliləyiş əldə edir

ABŞ Ukraynadakı münaqişənin həlli istiqamətində son bir həftə ərzində əhəmiyyətli irəliləyiş əldə edib.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

Noyabrın 25-də “Politico” xəbər verib ki, Donbasın Rusiyanın nəzarətinə keçməsi ilə bağlı bənd ABŞ prezidenti Donald Trampın Ukraynaya dair sülh planının yeni variantından çıxarılıb.