Aİ ölkələri hər il istehsal olunan qidanın beşdə birini zibilə atırlar - Məcburi hədəflər qoyulacaq!
Aİ ölkələri hər il istehsal olunan qidanın beşdə birini zibilə atırlar - Məcburi hədəflər qoyulacaq!
Yusif Nəzərli
14:35 20.09.2022
Dünya
576
Avropa İttifaqı ölkələri hər il idxal etdikləri ərzaqların beşdə birini israf edirlər. "Sherg.az" "trthaber"ə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələri 2021-ci ildə kənd təsərrüfatı məhsulları üçün 150 milyard avro ödədiyi halda, həmin il 153,5 milyon ton ərzaq israf edib.
Digər tərəfdən, AB-də qida istehsalının beşdə biri istehlak edilmədən boş yerə gedib. Buna görə də hər il təxminən 143 milyard avro boşuna xərclənib. Avropa ölkələrində ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının birgə şəbəkəsi olan "Avropa Ətraf Mühit Bürosu" qida istehsalı və istehlakı ilə bağlı hesabatı ictimaiyyətlə bölüşüb .
Müvafiq olaraq, Aİ ölkələri 2021-ci ildə 138 milyon ton kənd təsərrüfatı məhsulları idxal edib. Bu məhsullara görə 150 milyard avro ödənilib. Həmin il 153,5 milyon ton ərzaq zibilliyə atılıb. İsraf edilən qidalara misal olaraq buğda göstərilib. Bildirilib ki, AB tərəfindən israf edilən buğdanın miqdarı Ukraynanın buğda ixracının təxminən yarısı, Aİ-nin digər taxıl ixracatının isə dörddə birini təşkil edir.
AB-də hər 5 qida istehsalından 1-i istehlak edilmədən israfa gedir. Bu miqdarda qidanın atılmasının ümumi istixana qazı emissiyalarının 6 faizinin mənbəyi olduğu da bildirilib. Ətraf mühit təşkilatları AB ölkələrinə etdikləri çağırışda 2030-cu ilə qədər zibil qutusuna atılan qidaların miqdarını yarıya qədər azaltmaq üçün məcburi qaydalar tətbiq edilməsini və AB Komissiyasının bu mövzuda dünyada ilk olacaq qanun təklifi hazırlamasını tələb ediblər.
Aİ Komissiyasının ilin sonuna kimi bununla bağlı məcburi hədəflər qoyacağı gözlənilir. Bu qaydaların Avropa Parlamenti və Aİ Şurası tərəfindən müzakirə edildikdən sonra 2023-cü ildə qəbul edilməsi hədəflənib .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya