Akar: “Türk əsgəri Əfqanıstanda da vəzifəsini uğurla yerinə yetirdi”
11:15 28.08.2021
Dünya
354
Kabildən təxliyə edilən Türkiyə sülhməramlıları üçün Ankarada mərasim təşkil olunub.
APA-nın məlumatına görə, mərasimdə çıxış edəm milli müdafiə naziri Hulusi Akar mehmetciyin Əfqanıstanda da vəzifəsini uğurla yerinə yetirdiyini bəyan edib: “Bu müddətdə 20 min silahdaşımız Əfqanıstanda xidmət aparıb. Mehmetcik Əfqanıstanda da vəzifələrini uğurla icra edib, əfqan xalqının könlünü, NATO-nun və beynəlxalq meydanda hər kəsin təqdirini qazanıb”.
Əfqanıstandan təxliyə prosesinə də toxunan H. Akarın sözlərinə görə, Prezident Ərdoğanın təlimatıyla gözlənəndən daha tez müddətdə təxliyə prosesinə başlanıb. “Pakistanda daha əvvəldən saxladığımız 8 təyyarə ilə təxliyə həyata keçirildi. Personal və vətəndaşlarımız 48 saatdan tez bir müddətdə Əfqanıstandan təxliyə edildi. Gərginliyə baxmayaraq, təxliyənin uğurla həyata keçirilməsi Türkiyə Silahlı Qüvvələrinin gücünü bir daha göstərdi”, - deyə nazir Akar vurğulayıb.
Kabil aeroportunda törədilən terror aktını qətiyyətlə pislədiyini deyən H. Akar Kabil hava limanının işlədilməsi ilə bağlı təklif olarsa, dəstəyə hazır olduqlarını da əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz