AKP rəsmisi: "Əfqanıstandan bir qaçqın belə qəbul etmək imkanımız yoxdur"
19:48 23.08.2021
Dünya
429
Türkiyə Əfqanıstandan bir qaçqın belə qəbul edə bilməyəcək.
APA xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.
“Bu gün Əfqanıstanda beynəlxalq məsuliyyətlərini yerinə yetirməkdə zəiflik göstərənlərin, bir neçə gün əvvəl Suriyada təhlükəsiz ərazi və uçuşa qadağa bölgəsi qurmaqdan çəkindiklərini” vurğulayan Çelik sözlərinə belə davam edib:
“Bunun xaricində bəzi dövlətlərdən açıqlama edilir: Türkiyədə belə bir mexanizm quracağıq və ya Əfqanıstandan Türkiyəyə köçənlər üçün daha çox maddi yardım göstərək. Bütün bunların hamısı hörmətsizlikdir. Türkiyənin daha bir qaçqın qəbul edəcək, bu yükü qaldıracaq imkanı yoxdur. Türkiyə bu qədər yükü bütün dünya ictimaiyyəti adına bu insanlar ölməsinlər deyə yerinə yetirib. Dövlətlərin adından danışan siyasətçilər bilməlidirlər ki, Türkiyə toplama düşərgəsi deyil, Türkiyə qaçqın düşərgəsi deyil. Bura yoldan keçənlərin yurdu da deyil. Türkiyə Cümhuriyyəti dövləti sərhədlərinə hakimdir. Bu səbəbdən Türkiyədən soruşulmadan verilən bəzi ifadələrin gözümüzdə heç bir dəyəri yoxdur. Hamısı etibarsızdır. Türkiyə suveren dövlət olaraq öz qərarını özü verir”.
Ö.Çelik 2021-ci ildə nizamsız köçlə mübarizə çərçivəsində Türkiyənin cənub sərhədlərindən 160 min, şərq sərhədlərindən 90 min qeyri-qanuni miqrantın girməsinin qarşısının alındığını və təxminən 450 min suriyalının öz istəkləri ilə Suriyada yaradılan təhlükəsiz bölgələrə qaytarıldığını, Əfqanıstana geri göndərilən insanların sayının isə 235 minə çatdığını qeyd edib.
Sərhəd bölgələrində texnologiyanın imkanlarından 7 gün 24 saat istifadə edilərək, sərhəd təhlükəsizliyinin təmin olunduğuna diqqət çəkən Ö.Çelik bu mövzuda aparılan işlər haqqında da məlumat verib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstandakı böhranın hərtərəfli həllinin tərəfdarıdır.
“O, müntəzəm olaraq beynəlxalq diplomatik görüşmələr aparır – Əfqanıstandakı vəziyyəti Rusiya Prezidenti Vladimir Putinlə, Almaniya Kansleri Angela Merkellə müzakirə edib. Biz “Taliban”ın nəzarətinə keçən Əfqanıstanda insan haqları mövzusunu yaxından izləyirik. Əfqan xalqını tək buraxmaq olmaz, orada hazırda həqiqi dram yaşanır”, - Çelik belə deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz