“Alibaba”nın qurucusu Çindən qaçıb
Yusif Nəzərli
14:55 30.11.2022
Dünya
533
“Alibaba”nın qurucusu, milyarder Cek Ma Çini tərk edib və yarım ilə yaxındır ki, Tokioda yaşayır.
Bu barədə “Financial Times” nəşri öz mənbələrinə istinadən xəbər verib.
Bildirilir ki, Pekinin ölkənin texnologiya sektoruna və onun nüfuzlu iş adamlarına davamlı təzyiqləri fonunda Çini tərk edən Ma şəxsi aşpazı, cangüdənləri və ailəsi ilə birlikdə Yaponiyaya yollanıb. O, Tokioda özəl klublara gedir, həvəskar kolleksiyaçıya çevrilib və akvarellə rəsm çəkməyə başlayıb. Bundan başqa Çinin bir vaxtlar ən varlı iş adamı Tokiodakı qaynar bulaqlara və xizək kurortlarına baş çəkir, müntəzəm olaraq ABŞ və İsrailə səfər edir.
Qeyd edək ki, 2020-ci ilin oktyabrında Şanxayda keçirilən konfransda çıxışı zamanı Çin tənzimləyicilərini tənqid etdikdən və dövlət banklarını lombard zehniyyətində ittiham etdikdən sonra Cek Ma ictimaiyyət arasında görünməyib. Bundan bir həftə sonra Çin hökuməti “Ant Group” (Manın fintex şirkəti) listinqini dayandırdı, paralel olaraq “Alibaba Group”a qarşı istintaq başlatdı. 2021-ci ildə Çin hakimiyyəti antiinhisar pozuntularına görə “Alibaba”nı rekord məbləğdə - 2,8 milyard dollar cərimələdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi