Almaniyada aeroportda üzərində partlayıcı olan dron tapıldı

Almaniyanın Leypziq hava limanında partlayıcı qurğu daşıyan dron aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, hava limanının uçuş-enmə zolağında üzərinə detonatorla təchiz edilmiş və müstəntiqlər tərəfindən mümkün partlayıcı qurğu kimi qiymətləndirilən yük bərkidilmiş dron tapılıb.

Dron Ukraynaya məxsus “Antonov” yük təyyarəsinin yaxınlığında aşkar edilib.

Hadisə yerinə federal polis əməkdaşları, minatəmizləmə üzrə mütəxəssislər və xüsusi robot cəlb olunub.