Almaniyada tarixi bina çökdü: 3 nəfər dağıntılar altında axtarılır

Almaniyanın Görlitz şəhərində tarixi yaşayış binasının çökməsi nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

Sherg.az xəbər verir ki, xilasetmə qrupları qaz sızması təhlükəsinə görə ağır texnikadan istifadə etmədən dağıntıları əl ilə təmizləyərək itkin düşən şəxsləri axtarır. Polis itkinlərin 25 və 26 yaşlı Rumıniya vətəndaşı iki qadın və 47 yaşlı Almaniya-Bolqarıstan vətəndaşı olan bir kişi olduğunu açıqlayıb.

Hadisənin səbəbləri araşdırılır, axtarış-xilasetmə əməliyyatı davam edir. İlkin olaraq itkin düşdüyü düşünülən daha iki nəfərin isə bina çökməzdən əvvəl gəzintiyə çıxdıqları və beləliklə xilas olduqları müəyyən edilib.