
Analitik: Rusiya Kurskun bəzi hissələrini itirməklə rüsvay vəziyyətinə düşüb
Yusif Nəzərli
09:43 13.11.2024
Dünya
550
Rusiya ordusunun Kursk vilayətində əks-hücumu fəlakətlə nəticələnib. Bu barədə “Bild” nəşrinin əməkdaşı Yulian Röpke məlumat verib. Onun sözlərinə görə, rus qoşunları Ukrayna qüvvələrini çıxarmaq üçün üç gündür Kursk vilayətində böyük əks-hücum əməliyyatı keçirir. Qeyd edib ki, əks-hücum nəticəsində Rusiya 28 zirehli texnikasını (əsasən müasir BTR-82A) itirib və 200-dən çox əsgəri öldürülüb və ya yaralanıb. Röpke bildirib ki, böyük itkilərinə baxmayaraq, ruslar Poqrebki və Darino kimi iki kiçik kəndi azad edə biliblər. Qeyd edək ki, “Nyu York Tayms” qəzeti Rusiya və Şimali Koreyanın 50 minlik ordusunun Kursk vilayətində genişmiqyaslı hücuma hazırlaşdığını yazmışdı.
Politoloq, tanınmış jurnalist Fuad Abbasov “Sherg.az”a bildirib ki, Rusiya ordusunun Kursk istiqamətində hücumunun başlıca səbəbi Donald Trampın Amerika Birləşmiş Ştatlarının prezidenti seçilməsi ilə bağlıdır:

“Donald Tramp Rusiya və Ukrayna savaşını andiçmə mərasimindən 24 saat sonra son verəcəyinə vəd etmişdi. Həttab Donald Tramp Administrasiyası tərəfindən bütün siyasi çevrələrdə onun təkliflərinin yerinə yetirilməsi bildirildi. Əks halda Ukraynaya hərbi dəstəyi kəsəcəyini, Rusiyaya isə müqavimət göstərəcəyi təqdirdə Ukraynaya yardımı artıracağı şəklində açıqlamalar var. Amma hələ andiçmə mərasimi baş tutmayıb. Ona görə də Rusiya və Ukrayna mövcud mövqelərini qorumaq, itirilmiş ərazilərini geri qaytarmaq üçün can atırlar. Rusiya üçün Kurskun bir hissəsinin itirilməsi çox ciddi bir imaj pozuntusudur. Yəni Rusiya bütün dünyanın qarşısında Kursk torpaqlarının bəzi hissələrini itirməklə rüsvay vəziyyətinə düşüb. Belə olan halda Rusiya Müdafiə Nazirliyi prezidentin əmrinə uyğun olaraq Kurskun itirilmiş torpaqlarını geri qaytarmağa və Trampın savaşı saxlayacağı təqdirdə mövcud mövqelərdə səngərlərini qurub müharibəni dondurulmuş vəziyyətə gətirmək istəyidir. Bu baş tutmadığı təqdirdə Rusiya Kursku geri qaytarmaq üçün növbəti addımı atacaq və Kursk uğrunda mübarizə daha şiddətli hala gələcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq