Annalena Berbok gələn həftə Yaxın Şərqə səfər edəcək
Annalena Berbok gələn həftə Yaxın Şərqə səfər edəcək
13:42 21.06.2024
Dünya
456
Almaniya xarici işlər naziri Annalena Berbok gələn həftə Yaxın Şərqə səfər edəcək.
APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN sözçüsü bildirib.
XİN rəsmisinin sözlərinə görə, Berbok Avropa İttifaqı xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündən dərhal sonra bazar ertəsi (24 iyun) İsrailə gedəcək. Almaniya xarici işlər naziri Yerusəlimdə / Qüdsdə israilli həmkarı İsrael Katzla görüşəcək. İsraildə səfərdə olarkən Almaniya XİN rəhbəri Herzliya Təhlükəsizlik Konfransında da çıxış edəcək.
Çərşənbə axşamı (25 iyun) o, Ramallahda Fələstin dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə danışıqlar aparacaq.
XİN sözçüsü bildirib ki, Annalena Berbok daha sonra Beyrutdakı rəsmilərlə danışıqlar aparmaq üçün Livana gedəcək.
"Nazir rəsmilərlə müzakirələrində Qəzzadakı müharibə və davam edən fəlakətli humanitar vəziyyətlə yanaşı, israillilərə və fələstinlilərə təhlükəsiz şəraitdə birlikdə yaşamağa imkan verən gələcəyin necə görünə biləcəyi sualına diqqət yetirəcək. Fələstin ərazilərində İordan çayının qərb sahilindəki vəziyyət, Fələstin Administrasiyasının islahat səyləri də diqqət mərkəzində olacaq", Almaniya XİN sözçüsü deyib.
Səfər zamanı İsrail və Livan sərhədindəki xüsusilə gərgin və təhlükəli vəziyyət də müzakirə olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi