Avstriya Prezidenti: “Ölkədə hökumət böhranı yaranıb”
Yusif Nəzərli
18:30 08.10.2021
Dünya
639
Avstriyan Prezidenti Aleksander Van der Bellen kansler Sebastyan Kurtsa qarşı Korrupsiya ilə Mübarizə üzrə Prokurorluğunun araşdırması fonunda respublikada hökumət böhranının elan edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Daha əvvəl Yaşıllar Partiyasının lideri Verner Koqler Kurts və onun 9 köməkçisinə qarşı Korrupsiyaya qarşı Mübarizə üzrə Prokurorluğunun apardığı araşdırmalar fonunda, onun kansler kimi fəaliyyətini davam etdirə biləcəyini şübhə altına alıb və parlament fraksiyalarının liderləri ilə danışıqlar aparacağını söyləyib. Kurts “Yaşıllar”la koalisiya hökuməti saxlamağa hazır olduğunu da vurğulayıb.
"Bu, hökumət böhranıdır, ancaq dövlət böhranı deyil. Dövlət və idarəetmə fəaliyyət göstərir, dövlətimizin təməlləri toxunulmazdır", - Van der Bellen deyib.
Onun sözlərinə görə, prokurorluğun kansler və ətrafı ilə bağlı şübhələri ciddidir.
"Bu araşdırmaların ittihamlara səbəb olub-olmayacağını hələ bilmirik, buna görə də məhkəmədə hökmə qədər, təqsirsizlik prezumpsiyası hər kəs üçün etibarlıdır", - deyə prezident bildirib.
Hazırda Avstriya Xalq Partiyasının (AXP) Kurtsun hökumət koalisiyasındakı ortağı - Yaşıllar Partiyası AXP ilə Nazirlər Kabinetinə alternativ axtararaq bütün partiyaların parlament fraksiyaları ilə danışıqlar aparır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə