Bağdadinin öldürülməsi İŞİD-in sıradan çıxması anlamına gəlmir - RƏY
Turan
08:58 29.10.2019
Dünya
668
İŞİD terrorçu qruplaşmasının qurucusu və lideri Əbu Bəkr əl-Bağdadi öldürüldü. Ümumiyyətlə, indiyədək Bağdadinin öldürülməsi ilə bağlı dəfələrlə məlumatlar yayılıb. Lakin ABŞ Prezidenti Donald Tramp bu dəfə öldürülən terrorçunun həqiqətən Bağdadi olduğunu təsdiqləyib.
Ağ Ev rəhbəri bildirib ki, oktyabrın 27-də Bağdadi Suriyanın İdlib əyalətinin Barişa kəndində amerikalı hərbçilərinin keçirdiyi əməliyyat nəticəsində bir tuneldə mühasirəyə alınıb. Nəticədə o, üzərindəki partlayıcını işə salaraq, özü, iki həyat yoldaşı və üç uşağı ilə birgə ölüb. Əməliyyat zamanı İŞİD terror qruplaşmasının başçısının köməkçisi və “mətbuat katibi” Əbu Həsən əl-Mühacir də öldürülüb.
İki gündür dünya mediasında müzakirə olunan məsələni “Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Bağdadinin İdlibdə öldürülməsi heç də bu terror təşkilatının sıradan çıxması anlamına gəlmir. Analitik terrorçunun məhz indi öldürülməsinə də diqqət çəkib:
“Amerika İŞİD liderini uzun zaman öncə öldürə bilərdi. Amma, Suriya və İraqda Bağdadinin missiyası var idi. Missiyası başa çatdığına görə, aradan götürüldü. Hələlik Suriyada İŞİD-in yenidən dirçəlib terror hücumları aparması mümkün görünmür. Rusiya, İran və Türkiyə prosesləri kifayət qədər nəzarət altına alıb. Terror təşkilatının meydana çıxması kürdlərin Şimali İraqda və Suriyada dövlət yaradılmasına hesablanmışdı. Kürdlər toparlanmalı, silahla təchiz edilərək İŞİD-çiləri məğlub etməli idilər. Amma Türkiyə, İran və İraqın qətiyyətli addımı kürdlərin dövlət qurmasının qarşısını aldı. ABŞ-ın bu planları fiaskoya uğradıqdan sonra Bağdadi aradan götürülməli idi. Məhz Türkiyənin dəstəyi nəticəsində Bağdadi aradan götürüldü”.
Siyasi şərhçinin sözlərinə görə, bundan sonra terrorçuların fəaliyyət sahəsi Əfqanıstan olacaq:
“Burada İŞİD terror təşkilatı Çinə qarşı yeni terror hücumlarına keçə bilər. Terror qruplaşmasının Şimali Qafqaza gəlməsi Rusiyanın bu regionda aktiv hərbi varlığına görə mümkün görünmür. Onlar Şimali Afrika və Əfqanıstanda mövcudluğunu qoruyacaq. Təşkilat Yəməndə də aktivləşə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial