Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlimlər zamanı iki hərbçi həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“BƏƏ Müdafiə Nazirliyi bazar ertəsi günü ölkədə keçirilən təlim missiyası zamanı iki nəfərin həlak olması ilə bağlı kədərlənir”, - qurumun sosial media hesabında bildirilib.
MN qurbanların ailələrinə başsağlığı versə də, hadisənin təfərrüatlarını açıqlamayıb.