Bild: Almaniyada Amerika əleyhinə keçirilən aksiya polislə toqquşma ilə başa çatıb
10:35 27.11.2022
Dünya
405
Almaniyanın şərqindəki Leypsiq şəhərində şənbə günü Amerika əleyhinə keçirilən nümayişdə təxminən 900 nəfər iştirak edib. Aksiya fəalların həbsi və polislə qarşıdurma ilə başa çatıb.
APA xəbər verir ki, bu barədə bazar günü BILD am Sonntag qəzeti məlumat yayıb.
Məlumata görə, nümayiş “Ami evə get!” şüarı altında keçirilib (“Amerikalılar, evə qayıdın!”). Aksiyas ABŞ Konsulluğu və Federal İnzibati Məhkəmənin binası qarşısında ba. tutub.
Əsasən sağçı partiyaların nümayəndələri olan etirazçılar Amerika qoşunlarının və nüvə silahlarının Almaniya ərazisindən çıxarılmasını tələb ediblər. Aksiyaya fəallar Almaniya və Rusiya bayraqları ilə gəliblər.
Təşkilatçılar mitinqdə 15 000 iştirakçının olduğunu bildirdilər.
Bu aksiyaya paralel olaraq, sol qüvvələrin nümayəndələri Leypsiqdə əks nümayiş keçirdilər ki, bu da, BILD am Sonntag-ın məlumatına görə, sağçıların mitinqinin daha tez başa çatmasına səbəb olub. Ümumiyyətlə, hüquq mühafizəçilərinin qeyd etdiyi kimi, əks etiraz aksiyası sağçıların nümayişindən “əhəmiyyətli dərəcədə böyük idi”. Polisin məlumatına görə, əks nümayiş zamanı oturaq aksiyalar və iğtişaşlar da olub, fişənglər atılıb. Polis bəzi fəalları həbs etməyə məcbur olub.
Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən ondan artıq cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi