BMT: “Gender bərabərliyinin təşviqi dünya iqtisadiyyatını 12 trilyon dollar artıracaq”
Yusif Nəzərli
11:50 03.12.2022
Dünya
339
“Dünyanın əmək qabiliyyətli əhalisinin yarısını təşkil edən qadınlar öz potensiallarını tam həyata keçirməsələr, gender bərabərsizliyi böyük iqtisadi problemə çevriləcək. İş yerində gender bərabərliyinin təşviqi 2025-ci ilə qədər dünya iqtisadiyyatını 12 trilyon ABŞ dolları artıra bilər”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Tokioda keçirilən Qadınlar naminə Ümumdünya Assambleyasının (WAW!) iclasının açılışında “BMT Qadınlar” təşkilatının icraçı direktoru Sima Sami Baxus deyib.
Onun sözlərinə görə, son illər dünyada qadınların cəmiyyətdəki mövqeyinin yaxşılaşması tendensiyası müşahidə olunsa da, pandemiya bu prosesə mənfi təsir göstərib. Sima Sami Baxus bildirib ki, bağçalar bağlandıqdan sonra qadınlar övladlarına baxmaq məcburiyyətində qalıblar və nəticədə onlar arasında iş saatının azalması yaşanıb.
“Mövcud tərəqqi tempində gender bərabərliyinə nail olmaq, ayrı-seçkilik yaradan qanunları ləğv etmək və hüquqi müdafiədəki boşluqları aradan qaldırmaq üçün bizə 300 il lazım olacaq”, - Baxus vurğulayıb.
Qeyd edək ki, “WAW!” görüşü 2014-cü ildə Yaponiyada keçirilir. İndiki görüş sayca altıncıdır, çünki bir sıra əvvəlki görüşlər pandemiya səbəbindən ləğv olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media