BMT-nin ali komissarı: "İranda 14 min etirazçı həbs olunub, 300-dən çoxu öldürülüb"
Yusif Nəzərli
12:24 24.11.2022
Dünya
688
“Əldə etdiyimiz məlumata əsasən, İranda etiraz aksiyaları zamanı uşaqlar da daxil olmaqla 14 min nəfər saxlanılıb, 300-dən çox insan öldürülüb. Qətlə yetirilənlərdən 40-ı uşaqdır”.
“Report” xəbər verir ki, bunu BMT-nin İnsan Hüququları üzrə ali komissarı Folker Türk noyabrın 24-də qurumun İnsan Hüquqları Şurasının xüsusi iclasında bildirib.
Onun sözlərinə görə, Mehsa Əmininin qətlinə etiraz olaraq sentyabrın 16-dan İranda davamlı etiraz aksiyaları keçirilir: “İranın 31 əyalətinin 150 şəhərində və 140 universitetində etiraz aksiyaları olub. Etnik azlıqların yaşadığı regionlar daha çox qurban veriblər”.
Ali komissar deyib ki, etnik azlıqların parlamentdəki nümayəndələri etiraz aksiyalarını zorakılıq yolu ilə yatırdığına görə İran hakimiyyətini tənqid edib.
Qeyd edək ki, İranın rəsmi mənbələri 2500 yaxın aksiya iştirakçının həbs olunduğunu açıqlayıb. Onların 4 barəsində edam hökmünün çıxarılmasına dair məlumatlar yayılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi