Böyük siyasi oyun! - «ABŞ və Avropa dövlətləri dünyanın siyasi xəritəsini dəyişməyə çalışırlar»
Yusif Nəzərli
15:01 01.02.2022
Dünya
839
«ABŞ və Avropa dövlətləri dünyanın siyasi xəritəsini dəyişməyə çalışırlar».
Bu barədə "Sherg.az"a siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. O qeyd edib ki, Rusiya hazırda özünü yeni güc mərkəzi kimi təqdim etməyə çalışır:
«Lakin iqtisadi, siyasi problemlər bunu bacarmır. Əvvəllər yalnız ABŞ qütbü var idi. İndi isə Avropa, Çin qütbü də formalaşır. Rusiya da çalışır ki, yeni qütb yaratsın. Lakin Rusiyada general Sobolevin rəhbərliyi ilə hərbi elita Putinə qarşı çıxır. Onlar araşdırma aparıblar ki, Putinin dövründə ölkədən hər il 1 trilyon rubl çıxarılıb. Bu qədər pulun yoxa çıxmağı göstərir ki, Rusiyada korrupsiya geniş vüsət alıb. Ölkədən çıxarılan vəsaitlərin geri qaytarılması məsələsi gündəmə gələ bilər. Bu da Putinə sərf etmir. Ona görə də diqqəti müharibəyə yönəltməyə çalışır.
Həmçinin Ukraynada da ciddi sosial problemlər var. Qarşıdan prezident seçkilər gəlir. Zelenskiyə seçkiləri qazanmaq üçün müharibə variantı sərf edir. Avropa İttifaqı, Polşa və Ruminiyaya isə iki slavyan dövlət arasındakı müharibədən siyasi nüfuz qazanmaları maraqlıdır. ABŞ-nin də öz maraqları var.
Vaşinqton Çin-Rusiya birliyinə qarşı Ukraynaya dəstək verir. Lakin müharibə başlasa, onlar heç vaxt kömək etməyəcəklər. ABŞ-nin tarixinə nəzərən bunu əminliklə söyləyirik. İki dövlətin zəifləməsi Amerika ilə yanaşı, İngiltərənin də marağındadır. İngilislər Avrasiya materikinin ürəyini - Ukrayna ilə Rusiyanı götürmək istəyir».
C.Nuriyev hesab edir ki, qərblilər dünyanın düzənini dəyişdirmək istəyirlər:
«Yeni siyasi konfiqurasiya formalaşdırmaq niyyətindədirlər. Rusiya parçalanarsa, 25 yeni respublika yaranacaq. Onlar kiçik dövlətlərin yaranmasına çalışırlar. Dünyada böyük siyasi oyun gedir. Gah müharibə məsələsi gündəmə gəlir, gah da müharibənin olmayacağına əminlik artır”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə