Keçmiş Brazilya Prezidenti Jair Bolsonaro, ev dustaqlığından çıxarılaraq həbsxanaya göndərildi. Onun vəkilləri qərarın səbəbini bilmədiklərini açıqlayıb.
Sherg.az xəbər verir ki, məlumatı Bolsonaronun vəkili təsdiqləyib.
Bolsonaronun vəkillərindən Celso Vilardi, AFP-yə açıqlamasında: “Həbsxanaya göndərildi, amma səbəbini bilmirəm”,- deyə bildirib.
Bolsonaronun müdafiə qrupu, onun 2022-ci ildəki uğursuz çevriliş cəhdinə görə aldığı 27 illik həbs cəzasını səhət problemlərini əsas gətirərək ev dustaqlığında çəkməli olduğunu müdafiə edirdi.
Lakin məhkəmə, keçmiş dövlət başçısının həbsxanaya göndərilməsinə qərar verdi.
Bolsonaro, 2022-ci il seçkilərini uduzduqdan sonra hakimiyyətdə qalmağa cəhd göstərdiyi üçün 27 il 3 ay həbs cəzasına məhkum edilmişdi. Bununla o, Latın Amerikasının ən böyük iqtisadiyyatında seçim nəticələrini pozmağa çalışdığı üçün hökm alan ilk keçmiş dövlət başçısı oldu.
Aparılan ictimai rəy sorğuları ölkədəki dərin siyasi parçalanmanı üzə çıxarır. Anketlərə görə, əhalinin 50%-i Bolsonaronun həbs edilməsini dəstəkləyir, 43%-i isə buna qarşı çıxır.