Böyük Britaniya ordusunun Kəşfiyyat Korpusunun mayoru Pol Uilks Ukraynada yol qəzasında həlak olub.
APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik onun sentyabrın 12-də, cəbhə xəttindən uzaq ərazidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü təsdiqləyib.
40 yaşlı Uilks 2012-ci ildə Sandhurst Kral Hərbi Akademiyasını bitirdikdən sonra Kəşfiyyat Korpusunda xidmətə başlayıb və bütün hərbi karyerasını burada keçirərək mayor rütbəsinə yüksəlib. O, Əfqanıstan da daxil olmaqla bir neçə bölgədə hərbi əməliyyatlarda iştirak edib.