Bu ölkədə dördgünlük iş həftəsi tətbiq olunur
16:58 01.04.2024
Dünya
325
Kopenhagen bələdiyyəsi aprelin 1-dən öz əməkdaşları üçün dördgünlük iş həftəsi rejimi tətbiq edir.
Trend xəbər verir ki, ilin sonunadək davam edəcək eksperimentdə bələdiyyənin 6 administrasiyasının 14 işçi vəzifəsi üzrə əməkdaşları iştirak edirlər. Eksperiment başa çatdıqdan sonra qısaldılmış iş həftəsi rejimi rəsmi qaydada təsdiq olunacaq.
“Pandemiyadan sonrakı bu vəziyyət Danimarka bələdiyyələri arasında bundan sonra da saxlanılacaq”, - deyə Roskille Universitetinin əmək qanunvericiliyi sahəsi üzrə tədqiqatçısı Yanne Qlerup bildirib.
Sözügedən təşəbbüsə daxil edilən müəssisələrdən biri də Kopenhagenin mərkəzində yerləşən və psixi cəhətdən zəif gənclər üçün nəzərdə tutulan Radiseveydir.
“Keçirilən iclasların birində bütün əməkdaşlarımız bunun çox yaxşı fikir olduğunu və iş həyatı ilə şəxsi həyat arasında daha yaxşı balans yaratmağa xidmət etdiyini bildiriblər”, - deyə bölmə rəhbəri Yonas Ammitsbyöll vurğulayıb.
O, bir neçə gün davam edəcək istirahət günlərində əməkdaşların daha yaxşı istirahət edə biləcəklərinə və qarşıdakı iş həftəsi üçün daha gümrah olacaqlarına inandığını deyib.
Yanne Qlerupun sözlərinə görə, bu qəbildən yeniliklər Danimarkanın biznes həyatında artıq çoxdan tətbiq olunur, indi isə ölkənin dövlət qurumları da bu nümunədən istifadə etmək niyyətindədirlər. Ötən il Kopenhagen bələdiyyəsində dördgünlük iş həftəsi rejiminin tətbiq olunması fikri irəli sürüləndə, bu ideyanı bütün partiyalar dəstəkləyib. Məqsəd əməkdaşlar arasında stressin azaldılması ilə yanaşı, bələdiyyəni həm də işəgötürən kimi daha cəlbedici quruma çevirməkdən ibarətdir.
“Bazar ertəsindən cümə gününədək gündə səkkiz saat işləmək və həftədə cəmi iki gün istirahət etmək ənənəsi artıq keçmişdə qalmalıdır”, - deyə Yonas Ammitsbyöll əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil