Çin yaxın üç il ərzində hər il ABŞ-dan ən azı 17 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulu almağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.
Bildirilib ki, Pekin 2026, 2027 və 2028-ci illərdə ABŞ kənd təsərrüfatı məhsullarının idxalını genişləndirəcək.
Qeyd olunub ki, Çin eyni zamanda ABŞ mal ətinin öz bazarına çıxışını bərpa edib.